Azərbaycan neft sənayesinin növbəti uğuru

azerbaycan-neft-senayesinin-novbeti-uguru
Oxunma sayı: 1234


“Qafqazinfo” xəbər verir ki, bu, ARDNŞ-in tarixində növbəti uğurlu layihədir. Belə ki, nüfuzlu neft şirkətləri bu sahədə ixtisaslaşmış bir neçə şirkətin köməyindən istifadə etdiyi halda, Dövlət Neft Şirkəti layihənin bütün əməliyyatlarını təkbaşına, kənardan heç bir kömək almadan, öz gücü hesabına həyata keçirib.

“Neftqazelmitədqiqatlayihə” İnstitutunun baş mühəndisi, institut direktorunun birinci müavini Fazil Həsənov deyib ki, dünyanın böyük neft şirkətləri bu işin nəticəsini maraqla izləyirdilər. Onlar Azərbaycanda belə bir nəhəng işin reallaşacağını güman etmirdilər. Özülün “Günəşli” yatağında 147 metr dərinlikdə təyinat nöqtəsinə quraşdırılması ilə neftçilərimiz dünyaya, xüsusən də nüfuzlu neft şirkətlərinə öz peşəkarlıqlarını və Azərbaycan neft sənayesindəki tərəqqini bir daha nümayiş etdirdilər.