Azərbaycan nefti 53 dolları keçdi

azerbaycan-nefti-53-dollari-kecdi
Oxunma sayı: 642

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

"Qafqazinfo" xəbər verir ki, Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,02 dollar bahalaşaraq 47,60 dollar, Londonun ICE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,03 dollar artaraq 50,76 dollar olub.

AzerTac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,50 dollar bahalaşaraq 53,80 dollar təşkil edib.