Azərbaycan nefti 67 dollara çatır - Brent isə 2 ilin...

azerbaycan-nefti-67-dollara-catir
Oxunma sayı: 1660

Dünya birjalarında neft bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, İCE London birjasında Brent markalı neft 3,368 faiz bahalaşaraq barelli 65,61 dollar olub.

Bununla da Brent markalı neft 2015-ci ilin iyunun 24-dən bəri ilk dəfə olaraq 65 dollarlıq həddi keçə bilib. 

WTI markalı neftin yanvar fyuçersi isə 1,814 faiz bahalaşaraq barelli 58,42 dollara yüksəlib. 

Azərbaycan neftinin qiyməti isə 1 dollardan çox bahalaşıb. “AzəriLayt” markalı neftin bir barreli 1,14 dollar bahalaşaraq 66,93 dollar olub.