Azərbaycan nefti 72 dolları ötdü - Son 3 ildə ilk dəfə

azerbaycan-nefti-72-dollari-otdu
Oxunma sayı: 1189

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 25-də 72,18 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,77 dollar/barel çoxdur. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

Sonuncu dəfə Azərbaycan neftinin qiyməti 2014-cü il dekabrın 3-də 72 dollardan yuxarı olmuşdu (72,56 dollar).

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 25-də 71,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,76 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 25-də 68,53 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,69 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə yanvarın 25-də 70,58 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,67 dollar/barel çoxdur.