Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
“Qafqazinfo” xəbər verir ki, İCE London birjasında Brent markalı neft 0,09 faiz ucuzlaşaraq barreli 77, 49 dollar olub.
WTI markalı neftin iyul fyuçersi 0,119 faiz ucuzlaşaraq barreli 66,96 dollara düşüb.
“Azeri Light” markalı neftin bir barrelinin qiyməti isə 0,87 dollar bahalaşaraq 79,46 dollara yüksəlib.