Azərbaycan nefti bahalaşdı

azerbaycan-nefti-bahalasdi
Oxunma sayı: 942

Azərbaycan neftinin qiyməti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, “AzəriLayt” markalı neftin barrelinin qiyməti 0,27 dollar bahalaşaraq 58,57 dollar olub.

Londonun ICE birjasında isə “Brent” markalı neftin qiyməti 0,017 faiz ucuzlaşaraq barelli 58,32 dollardan satılıb.

WTI markalı neftin dekabr fyuçersinin qiyməti 0,191 faiz ucuzlaşaraq barelli 52,37 dollar təşkil edib.