Azərbaycan nefti bahalaşdı

azerbaycan-nefti-bahalasdi
Oxunma sayı: 2146

Azərbaycan neftinin qiyməti kəskin bahalaşıb.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 4,3 dollar bahalaşaraq 64,54 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.