Azərbaycan nefti bahalaşıb

azerbaycan-nefti-bahalasib
Oxunma sayı: 1326

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 1-də 70,9 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,57dollar/barel çoxdur.

“Qafqazinfo” “Trend”ə istinadən xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 1-də 70,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,57 dollar/barel çoxdur. 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 1-də 68,49 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,4 dollar/barel çoxdur.