Azərbaycan nefti bahalaşıb

azerbaycan-nefti-bahalasib
Oxunma sayı: 1134

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 30-da 78,59 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 2,15 dollar/barel çoxdur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 30-da 77,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,22 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 30-da 74,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,9 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə mayın 30-da 75,95 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,39 dollar/barel çoxdur.