Azərbaycan nefti bahalaşıb

azerbaycan-nefti-bahalasib
Oxunma sayı: 4174

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 19-da 74,64 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,5 dollar dollar/barel çoxdur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
 
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 19-da 73,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,51 dollar/barel çoxdur.
 
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 19-da 70 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,39 dollar/barel çoxdur.
 
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə iyulun 19-da 72,16 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,62 dollar/barel çoxdur.