Azərbaycan nefti cüzi ucuzlaşıb

azerbaycan-nefti-cuzi-ucuzlasib
Oxunma sayı: 4046

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 24-də 75,12 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,1 dollar/barel azdır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 24-də 74,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,1 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 24-də 70,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,06 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 24-də 73,74 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,12 dollar/barel çoxdur.