Azərbaycan nefti ucuzlaşdı

azerbaycan-nefti-ucuzlasdi
Oxunma sayı: 938

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 20-də 66,3 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,6 dollar/barel azdır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 20-də 65,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,61 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 20-də 61,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,65 dollar/barel azdır.
 
Şimal dənizindən hasil edilən “Brent Dated”etalon növlü neftin qiyməti isə fevralın 20-də 64,33 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,59 dollar/barel azdır.