Azərbaycan nefti ucuzlaşıb

azerbaycan-nefti-ucuzlasib
Oxunma sayı: 632

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 0,57 dollar, yaxud 1,06% aşağı düşüb.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 53,24 dollara bərabər olub.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.