Azərbaycan nefti ucuzlaşıb

azerbaycan-nefti-ucuzlasib
Oxunma sayı: 1275

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,88 dollar ucuzlaşaraq 69,97 dollar təşkil edib.

Xatırladaq ki, yanvarın 12-də Azərbaycan neftinin bir barreli 71,84 dollara satılıb və bu, 2014-cü il dekabrın 4-dən indiyədək maksimum qiymət göstəricisi olub.