Azərbaycan nefti ucuzlaşıb

azerbaycan-nefti-ucuzlasib
Oxunma sayı: 936

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 79,66 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 1,37 dollar/barel azdır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti isə 78,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,45 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiymətinə gəlinvə, 76,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,25 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin son qiyməti isə 78,43 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,86 dollar/barel çoxdur.