Azərbaycan nefti ucuzlaşıb

azerbaycan-nefti-ucuzlasib
Oxunma sayı: 3423

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 73,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2 dollar/barel azdır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 1-də 72,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 1-də 72,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,04 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə avqustun 1-də 72,48 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2 dollar/barel azdır.