Azərbaycan nefti ucuzlaşıb

azerbaycan-nefti-ucuzlasib
Oxunma sayı: 1279

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 61,13 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 1,26 dollar/barel azdır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 50,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,26 dollar/barel 33azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 55,27 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 1,35 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin son qiyməti 57,3 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,25 dollar/barel azdır.