Azərbaycan neftindən ani ucuzlaşma

azerbaycan-neftinden-ani-ucuzlasma
Oxunma sayı: 2285

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 74,75 dollar/barel təşkil edib.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bu da əvvəlki göstəricidən 3,17 dollar dollar/barel azdır.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 12-də 73,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,19 dollar/barel ucuzdur.

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan neftinin qiyməti 80 dolları ötmüşdü.