Azərbaycan neftinin bir bareli 81 dolları ötüb

azerbaycan-neftinin-bir-bareli-81-dollari-otub
Oxunma sayı: 821

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 17-də 81,03 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 2,21 dollar/barel çoxdur. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 17-də 80,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,16 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 17-də 77,42 dollar/barel təşkil edib ki, bu da əvəlki qiymətdən 2,34 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə mayın 17-də 80,29 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,05 dollar/barel çoxdur.