Azərbaycan neftinin son qiyməti

azerbaycan-neftinin-son-qiymeti
Oxunma sayı: 668

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 20-də 46,01 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,68 dollar/barel azdır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 20-də 45,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,67 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 20-də 43,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,74 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 20-də 44,28 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,87 dollar/barel azdır.