Azərbaycan neftinin son qiyməti

azerbaycan-neftinin-son-qiymeti
Oxunma sayı: 643

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 22-də 46,3 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,03 dollar/barel çoxdur.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 22-də 45,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,05 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 22-də 43,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,07 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 22-də 44,65 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,05 dollar/barel çoxdur.