Azərbaycan neftinin son qiyməti

azerbaycan-neftinin-son-qiymeti
Oxunma sayı: 1384

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 25-də 75 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,25 dollar/barel azdır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 25-də 74,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,27 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 25-də 69,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,22 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə aprelin 25-də 73,99 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,27 dollar/barel azdır.