Azərbaycan neftinin son qiyməti

azerbaycan-neftinin-son-qiymeti
Oxunma sayı: 1180

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 21-də 74,48 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,3 dollar/barel azdır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 21-də 73,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,3 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 21-də 71,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,38 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə iyunun 21-də 72,43 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,21 dollar/barel azdır.