Azərbaycan növbəti peykini orbitə buraxır

azerbaycan-novbeti-peykini-orbite-buraxir
Oxunma sayı: 1573

Azərbaycanın ikinci Azerspace-2/Intelsat 38” geostasionar peykinin buraxılışı 2018-ci ilin sentyabrına planlaşdırılıb. 

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bunu "The John Batchelor Show” (ABŞ) radio şousunun efirində “Azərkosmos” ASC-nin prezidenti Rəşad Nəbiyev deyib.
 
R.Nəbiyev qeyd edib ki, hazırda orbitdə Azərbaycanın iki peyki var; Afrika, Mərkəzi Asiya, Yaxın Şərq və Avropada telekommunikasiya xidmətləri göstərən “Azerspace-1” və bütün dünya üzrə, eləcə də “Quql”  kimi iri şirkətlərə xidmət göstərən “Azərskay” peykləri var.
 
R.Nəbiyev əlavə edib ki, kosmik xidmətlər bazarı sürətlə dəyişir və bu sektorda getdikcə daha böyük rolu startaplar oynayır.
 
Qeyd edək ki, “Azerspace-2/Intelsat 38” peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan buraxılacaq.