Azərbaycan nümayəndə heyəti Doha Forumunda iştirak edəcək

azerbaycan-numayende-heyeti-doha-forumunda-istirak-edecek
Oxunma sayı: 640

Tədbirdə Azərbaycan tərəfindən mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Xarici İşlər, Gənclər və İdman nazirliklərinin və Dini İşlər üzrə Dövlət Komitəsinin əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Ə.Qarayevin forumun iki sessiyasında çıxışı nəzərdə tutulub.

Səfər çərçivəsində Ə.Qarayevin Sivilizasiyalar Alyansının prezidenti və Qətər Dövlətinin mədəniyyət və incəsənət naziri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.