Azərbaycan nümayəndə heyəti Həştərxanda oldu

azerbaycan-numayende-heyeti-hesterxanda-oldu
Oxunma sayı: 641


AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə A.Jilkin Həştərxan vilayətinə xüsusi münasibətə, yüksək dövlət səviyyəsində sıx qarşılıqlı əlaqələr qurulduğuna görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. İqtisadi sahədə fəal əməkdaşlığı qeyd edən qubernator Azərbaycan ilə Həştərxan vilayəti arasında humanitar sahədə də əlaqələrin genişləndiyini bildirib. O deyib ki, Azərbaycan dövlətinin ümummilli lider Heydər Əliyevin adını daşıyan 11 nömrəli məktəbin yenidən qurulması layihəsini həyata keçirməsi böyük əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin salamlarını çatdırıb və deyib ki, Azərbaycanın Həştərxanda reallaşdırdığı layihə dostluğumuzu daha da möhkəmləndirir, xalqlarımızı yaxınlaşdırır. Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, ümummilli lider Heydər Əliyevin Həştərxanda abidəsinin ucaldılması, dahi liderin adını daşıyan parkın və nəhayət məktəbin açılması böyük dövlət xadiminin xatirəsinə Həştərxan vilayətində və bütövlükdə Rusiyada dərin ehtiramın əlamətidir.

Görüşdə Azərbaycanın təhsil naziri Misir Mərdanov, Milli Məclisin deputatı Siyavuş Novruzov, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Ümumrusiya Azərbaycan Konqresi regional şöbəsinin sədri Ədalət Hüseynov iştirak ediblər.