Azərbaycan OPEK-in iclasına dəvət olundu

azerbaycan-opek-in-iclasina-devet-olundu
Oxunma sayı: 845

Azərbaycan noyabrın 30-da Vyanada keçiriləcək OPEK Nazirlər Şurasının 173-cü iclasına rəsmi dəvət alıb.

“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycan bu dəvəti nəzərdək keçirmək və iclasda iştirakı razılaşdırmaq niyyətindədir.

Qeyd edək ki, iclasda neft hasilatının azaldılması barədə OPEK+ sazişinin icra olunması, istehsalat kvotalarının artırılması və sazişin müddətinin uzadılması məsələləri müzakirə olunacaq.