Azərbaycan Ordusu döyüş atışlarına başladı - Fotolar+ Video

azerbaycan-ordusu-doyus-atislarina-basladi
Oxunma sayı: 2229

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin gündüz və gecə vaxtı döyüş atışlı mərhələsi başlayıb.

“Qafqazinfo” Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, bu mərhələdə qoşunlar şərti düşmənin hücumunun qarşısının alınması, onun atəşlə tələfata uğradılması, müdafiənin əlverişli hədlər üzrə bərpa olunması və genişmiqyaslı hücum əməliyyatının keçirilməsi tapşırıqlarını icra edir.

Müxtəlif təlim poliqonlarında yeni silah sistemlərinin də istifadəsilə motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, təyyarə və helikopterlər döyüş atışları, praktiki raket buraxılışları və bombalama icra edir.