Azərbaycan Ordusu polkovnikini qəzada itirdi

azerbaycan-ordusu-polkovnikini-qezada-itirdi
Oxunma sayı: 639

APA-nın cənub bürosunun məlumatına görə, hadisə dekabrın 13-də saat 15.00 radələrində Masallı-Boradigah şosesinin rayonun Qızılavar kəndindən keçən hissəsində qeydə alınıb.

“Hyundai” markalı, 90 RG 816 dövlət nömrə nişanlı avtomobilin idarəetməni itirərək yolun kənarındakı maneəyə çırpılması nəticəsində avtomobildəki zabitlərdən biri - N saylı hərbi hissəsinin komandiri, polkovnik Vasif Şükür oğlu İmanov hadisə yerindəcə dünyasını dəyişib.

Digər hərbi qulluqçu -polkovnik Əkrəm Hümmət oğlu Gözəlov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Səhiyyə Nazirliyinin Masallı Rayonlararası Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına yerləşdirilib. Avtomobili onlardan hansının idarə etdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanıb.