Azərbaycan ordusu tanklardan atəş açdı - Video

azerbaycan-ordusu-tanklardan-ates-acdi
Oxunma sayı: 2607

Müdafiə nazirinin təsdiq etdiyi 2017-ci il döyüş hazırlığı planına əsasən Silahlı Qüvvələrin bütün tank bölmələrində döyüş atışlı məşqlər keçirilir.

"Qafqazinfo" Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, taktiki məşqlərin və təlimlərin əsas məqsədi tank bölmələrinin çətin keçilən ərazilərdə idarə edilməsi, real döyüş şəraitində uğurlu tətbiqi üzrə vərdişlərin təkmilləşdirilməsidir.

Tank heyətləri maneələri bacarıqla dəf edərək dəqiq atəşlə bütün hədəfləri məhv ediblər.