Azərbaycan ordusu təlimə başladı

azerbaycan-ordusu-telime-basladi
Oxunma sayı: 1271

Genişmiqyaslı təlimlərin keçirilməsi planına uyğun həyəcan siqnalı ilə qaldırılan qoşunların hərəkəti, idarə edilməsi tələblərə uyğun olaraq, gizli və operativ şəkildə həyata keçirilir.

Müdafiə Nazirliyindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, keçirilən təlimlərdə qoşunlar cəmləşmə rayonlarını tutur və qruplaşmalar yaradılır. 

Qoşunların komanda idarəetmə məntəqələrində döyüş fəaliyyəti təşkil olunub.