Azərbaycan Ordusunda daha bir itki - Bu dəfə gizir əsgəri güllələdi

azerbaycan-ordusunda-daha-bir-itki
Oxunma sayı: 11221

Müdafiə Nazirliyi daha bir əsgər ölümü ilə bağlı məlumat yayıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, təhlükəsizlik qaydalarının pozulması və silahla ehtiyatsız davranma nəticəsində gizir Əhmədov Ceyhun Fəxrəddin oğlu tərəfindən açılan atəşdən əsgər Quliyev Adil Ağababa oğlu vəfat edib.

Hadisə ilə bağlı gizir C.Əhmədov haqqında cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat etmiş əsgərin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!