Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

azerbaycan-ordusunun-movqeleri-atese-tutulub
Oxunma sayı: 630

Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 29-da saat 22.45-dən 22.50-dək və 23.00-dan 23.15-dək Ağdam rayonunun Baş Qərvənd və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbua xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.