Azərbaycan ordusunun yeni raket sistemi - Video

azerbaycan-ordusunun-yeni-raket-sistemi
Oxunma sayı: 3238

“Polonez” yaylım atəşli reaktiv sistemlər Azərbaycan ordusunun silahlanmasına daxil edilib.

“Qafqazinfo” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, 301 mm-lik “Polonez”lər Azərbaycanla Belarus arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə gətirilib.

Qeyd edək ki, prezident Lukaşenkonun tapşırığı ilə yaradılan “Polonez” Rusiyanın Ermənistana satdığı “İsgəndər” raketlərinə alternativ hesab edilir.