Azərbaycan orduya, Ermənistanın büdcəsindən çox pul ayırır

azerbaycan-orduya-ermenistanin-budcesinden-cox-pul-ayirir
Oxunma sayı: 667

2013-cü ilin büdcəsində Azərbaycan müdafiəyə 1 milyard 528 milyon manat ayırır.

Ancaq bu, hərbiyə ayrılan bütün pullar deyil. Büdcə layihəsində əhəmiyyətli miqdarda pul ayrılan başqa maddə də var - «xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər». Bu maddəyə 1 milyard 172 milyon manat ayrılır.

Bu iki maddə ilə Azərbaycanın müdafiəsinə 2 milyard 700 milyon manat verilir.

Bu, Ermənistanın 2013-cü il üçün büdcəsindən çoxdur.

Ermənistanın gələn ilki büdcəsinin bütün gəliri təxminən 2 milyard manat səviyyəsində planlaşdırılır./AzadliqRadiosu/