“Azərbaycan Polşaya azarkeşlik edir”

azerbaycan-polsaya-azarkeslik-edir
Oxunma sayı: 639

Müsabiqədə yalnız həddi-buluğa çatmış Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün şərtlərdən biri iştirakçının Facebook portalında profilin mövcud olmasıdır, həmçinin www.facebook.com/PolishEmbassyBaku səhifəsinə qoşulmaqdır.
Hər bir iştirakçı maksimum 1MB həcmində 1 ədəd şəkil göndərə bilər, kollektiv şəkillər qəbul olunmur.

Müsabiqədə heç yerdə dərc olunmayan və başqa müsabiqədə iştirak etməyən şəkillər iştirak edə bilərlər.

Şəkil göndərən iştirakçı həmin əsər üçün müəllif hüququna malik olduğunu bəyan edir. Şəkilləri 2012-ci il 15 iyun tarixinədək “fotomüsabiqə” yazmaqla [email protected] ünvanına göndərmək lazımdır. E-mailda aşağıdakı məlumatları qeyd etmək lazımdır: ad və soyad, doğum tarixi və əlaqə nömrəsi.

Göndərilən fayllar geri qaytarılmayacaq. Şəkillərin göndərilməsi anından onlar göndərilən işlərin müəllif hüquqlarını qəbul edən təşkilatçının sahibliyinə keçəcəkdir.
Müsabiqədə iştirak pulsuzdur. Təşkilatçının növbəti sahələrdə işlərdən pulsuz istifadə etməyə hüququ var: istənilən miqdar və tirajda işlərin çap olunması, onların internetdə və Polşa Respublikasının Bakıdakı səfirliyinin fəaliyyət çərçivəsində şəkillərin yayılması üçün digər formalarda istifadə olunması.
Şəkillər təşkilatçı tərəfindən təyin edilmiş jüri tərəfindən qiymətləndiriləcəkdir.
Təşkilatçının yuxarıda qeyd olunan şərtlərə uyğun olmayan şəkilləri iştirakdan məhrum etməyə hüququ var.
Müsabiqənin nəticələri www.baku.polemb.net internet səhifəsində 30 iyun 2012-ci il tarixinə kimi elan olunacaqdır.
Təşkilatçı I, II, III yerə layiq olunanlara hədiyyələr təqdim etməyi nəzərdə tutur.