Azərbaycan Portuqaliyaya qarşı necə oynayacaq?

azerbaycan-portuqaliyaya-qarsi-nece-oynayacaq
Oxunma sayı: 630

Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində bildirib ki, yığmamızın Portuqaliyaya minimal hesabla məğlub olması uğurlu nəticə sayılacaq. Sabiq məşqçi daha sonra bunları vurğulayıb: “Azərbaycanın müsbət nəticəyə nail olmaq şansları demək olar ki, yoxdu. Qrupun favoriti sayılan bir komanda autsayderlə ev oyununda xal itirməməlidi. AÇ-2008-in seçmə mərhələsində biz nisbətən güclü Portuqaliya ilə mübarizə aparmışdıq. Amma indi də bu komanda az artırmayıb. Komandamızın əsl gücü bu oyundan sonra bilinəcək. Azərbaycan yığmasının nəyə qadir olduğunu görəcəyik”.

Xatırladaq ki, Portuqaliya artıq iki seçmə mərhələdə Azərbaycan yığmasına rəqib olub. Təəssüf ki, bu qarşılaşmalarda yığmamız o qədər də uğurlu çıxış edə bilməyib. Yalnız bir dəfə Bakıda 1:1 hesablı heç-heçə etdiyimiz bu komandaya digər oyunlarda 0:7, 0:3, 0:2 hesablarıyla uduzmuşuq.