Azərbaycan prezidenti irlandiyalı həmkarını təbrik etdi

azerbaycan-prezidenti-irlandiyali-hemkarini-tebrik-etdi
Oxunma sayı: 784

Prezident İlham Əliyev İrlandiyanın dövlət başçısı Maykl Higginsə təbrik məktubu göndərib.
 
“Qafqazinfo”nun məlumatına görə, məktubda deyilir: 

“Hörmətli cənab prezident!
 
Ölkənizin milli bayramı - Müqəddəs Patrik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
 
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İrlandiya xalqına daim sülh və rifah arzulayıram”.