Azərbaycan qadın deputatların sayına görə dünya reytinqində

azerbaycan-qadin-deputatlarin-sayina-gore-dunya-reytinqinde
Oxunma sayı: 1796


 “Qafqazinfo” xəbər verir ki, ötən ilin göstəricilərinə əsasən parlamentində ən çox qadınlar təmsil olunan ölkə 56 faizlə Ruanda olub. Daha sonra Andorra (50%), Kuba (45%).

Avropa Birliyinə daxil olan ölkələr arasında ilk pillədə və ümumi sıralamada 4-cü yerdə İsveçrə qərarlaşıb. Burada qadınlar bütün parlamentarilərin 45 faizini təşkil edib. 

Almaniya 26-cı yer (33%), Fransa 40 (27%), Polşa 59 (24%), İngiltərə 65 (23%), İtaliya 73 (21%).

Skandinaviya ölkələri reytinq cədvəlində yenə də ilk pillələrdədir, Finlandiya 43 %, Norveç 40%, Danimarka isə 39%. 

Nə qədər qəribə olsa da Əfqanıstan və İraqın da göstəriciləri qənaətbəxşdir. Belə ki, Əfqanıstan 28 %-lə 39, İraq isə 25 faizlə 47-ci yerdədir. 

ABŞ-da keçirilən son parlament seçkilərindən sonra qadınlar 30 faiz təşkil edib. Bu isə bütün ABŞ tarixi ərzində ən yüksək nəticə hesab olunur. 

Bu göstərici keçmiş post-sovet ölkələrində isə o qədər də ürəkaçan deyil. Ancaq Belarus 25 fazilik baryeri aşaraq 43-cü yerdə qərarlaşıb. 
Azərbaycan bu siyahıda 16 faizlə 102-ci, Rusiya 119 (14%), Gürcüstan 134 (12%), Ermənistan 142 (11%), Ukrayna 151 (9%). 
Ən aşağı göstərici isə 2%-lə Misir, Solomon adaları 2% və Omandır 1%.