Azərbaycan qələbəni əldən verdi - Yenilənib

azerbaycan-qelebeni-elden-verdi
Oxunma sayı: 4802

Bu gün 21 yaşadək futbolçular arasında AÇ-2019-un seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, 5-ci qrupda yer alan Azərbaycanın gənclərdən ibarət millisi də 8-ci matçına çıxacaq.

Rəşad Sadıqovun çalışdırdığı komandamız doğma meydanda İsraillə üz-üzə gələcək. “Dalğa Arena”da keçiriləcək oyunda millimiz ilk qələbəsini qazanmağa çalışacaq.
 
Əvvəlki 7 oyunda qələbə qazana bilməmiş U-21 yığmamız cəmi 1 matçda heç-heçə edib, qalan bütün görüşlərdə məğlubiyyətlə üzləşib. Seçmə mərhələnin ilk turu çərçivəsində səfərdə qarşılaşdığımız İsraillə oyunda isə 1:3 hesablı məğlubiyyətə üzülmüşük. İndi komandamız həm həmin məğlubiyyətin qisasını almaq, həm də ilk 3 xalını qazanmaq arzusundadı.
 
AÇ-2019-un seçmə mərhələsi
5-ci qrup
6 sentyabr
 
21:00. Azərbaycan - İsrail
Hakimlər: Trustin Farruciya Can, Alan Kamilyeri, Luk Portelli, Malkolm Spiteri.
Bakı. “Dalğa Arena”.
 
1. Almaniya - 16
2. İrlandiya - 13
3. Kosovo - 11
4. Norveç - 11
5. İsrail - 7
6. Azərbaycan - 1

***

Komandaların start heyətləri belədir:

Azərbaycan: 12. Kamran İbrahimov, 2. Sərtan Taşqın (k), Anton Krivotsyuk, 4. Eltun Turabov, 6. Hacıağa Hacılı, 8. Budak Nəsirov, 9. Fəhmin Muradbəyli, 10. Renat Dadaşov, 16. İsmayıl İbrahimli, 17. Ozan Can Kökçü, 20 Yusif Nəbiyev

İsrail: 1. Assaf Tzur, 2. Yosef Raz Meir, 3. Yarden Kohen, 4 İdan Naçmias (k), 5. Amit Bitton, 6. Neta Lavi, 9. Yonatan Kohen, 11. Şon Zalman Vayssman, 17. Or Dasa, 20. Qavriel Kaniçovski, Moti  Barşazi

***

Matçın başlamağı ilə birlikdə millimiz hesabı açıb. Belə ki, start fitindən sonra dərhal irəli atılan futbolçularımız rəqib qapısı qarşısında pressinq ediblər. 29-cu saniyədə İsrail qapıçısının səhvindən sonra Renat Dadaşov topu qapıdan keçirib.

***

İlk hissənin ilk 10 dəqiqəsindən sonra İsrail daha çox topla oynamağa başlayıb.

***

30-cu dəqiqədə İsrail qapımıza ilk düzgün zərbəsində qolu vurub. Şon Vayssman fərqlənib.

***

İlk hissədə başqa qol vurulmayıb və komandalar fasiləyə 1:1 bərabərliklə yollanıblar.

***

İkinci hissə başladı.

***

Azərbaycan ikinciyi hissəyə üstün başlayan tərəf olub. 52 və 58-ci dəqiqədə millimiz 2-ci qolu vurmağa yaxın olsa da, dəqiqlik çatmayıb.

***

85-ci dəqiqədə Azərbaycan önə keçmək imkanını əldən verib. Topu rəqibdən alaraq sürətli rəqibin cərimə meydançasına daxil olan Fəhmin Muradbəyli qapıçının müdaxiləsi ilə yerdə qalıb. Hakimin təyin etdiyi penaltini isə Ziya Əzizov qola çevirə bilməyib.

***

Tərəflərin cəhdlərinə baxmayaraq matçda başqa qol vurulmayıb və oyun 1:1 hesabı ilə başa çatıb.