Azərbaycan Qərbin İrana qarşı sanksiyalarına qoşulacaqmı?

azerbaycan-qerbin-irana-qarsi-sanksiyalarina-qosulacaqmi
Oxunma sayı: 638

1) ABŞ prezidenti Barak Obama İranın Mərkəzi Bankı ilə əməkdaşlıq edən maliyyə qurumlarına qarşı sanksiyanı tərənnüm etdirən qanun layihəsini imzaladı. Avropa Birlyinin də eyni addım atacağı gələn xəbərlər arasındadır; 2) İran Hörmüz boğazına yaxın ərazidə hərbi təlimlərə başlayaraq yeni raketini sınaqdan keçirdi və ABŞ hərbi gəmilərinə meydan oxumağa çalışdı və 3) İranda internetin məhdudlaşdırılacağı ilə bağlı açıqlama verildi.

Proqramın qonağı olan politoloq Sədrəddin Soltan ABŞ və Avropa Birliyinin İran Mərkəzi Bankına qarşı tətbiq edəcəyi sanksiyaların İran iqtisadiyyatında çox ciddi fəsadları olacağını vurğulayaraq, qonşu ölkədə artıq indidən inflyasiyanın sürətlə artdığına diqqəti çəkib: “Azərbaycan da mövcud sanksiyalar çərçivəsində “Qərb yoxsa İran” sualına birinciyə üstünlük verəcək. Bu baxımdan İranın Azərbaycana yönəlik təxribatları arta bilər. Demək Qərbin sanksiyalarına qoşulmaqla bərabər təhlükəsizliyimizin artırılmasına da diqqət yetirməliyik”.

İranın Hörmüz boğazında hər hansı bir təxribat törədəcəyini də istisna etməyən poilotoloq bu qalda Tehranın yalnız ABŞ-la deyil, körfəz ölkələri ilə də üz-üzə qalacağını bildirib.

Sədrəddin Soltan interneti məhdudlaşdırmağa çalışan Tehranın istəyinə çatmayacağını vurğulayıb: “Vaxtilə çanaq antenaları da qadağan etmişdilər, ancaq insanlar yenə dünya kanallarına baxmaqda davam edirlər. Elə Günaz TV-ni götürək. Tehran bu kanalın yayımına nə qədər məhdudiyyət qoymağa çalışsa da, Arazın o tayında yenə Günaz TV-yə baxmaqda davam edirlər”.

Proqramın aparıcısı Elxan Şahinoğlu İran ətrafında halqanın daralması səbəbindən Tehranın aqoniya içində olduğunu bildirib: “İrandakı rejim Qərbə meydan oxumağa çalışır, körfəz ölkələrinə barmaq silkələyir, qonşu ölkələri hədələyir. Bir sözlə ətraf aləmlə kəllə-kəllə gəlir. Yaxın tarixdə özündən razı olan çox belə rejimin neçə çökdüyünün şahidi olmuşuq. Ona görə İranın başbilənlərin dönüb aynaya baxmaları məsləhətdir”.