Azərbaycan qiyməti qaldırır

azerbaycan-qiymeti-qaldirir
Oxunma sayı: 654

“Qafqazinfo”nun məlumatına görə, bu barədə “Kommersant” qəzeti yazıb. Qəzet yazır ki, rəsmi Bakı heç bir güzəştə getmədən icarə haqqını 7 milyon dollardan 300 milyon dollara qədər artıra bilər. "Kommersant" qəzeti Müdafiə və Xarici İşlər nazirliklərindəki mənbələrə istinadən bildirib ki, öz növbəsində Moskva bu məbləği ödəmək niyyətində deyil. Əgər Azərbaycan inad etməyə davam edəcəyi halda, Müdafiə Nazirliyi RLS-i tərk etməklə hədələyib: "Bu məbləğ heç nə ilə əsaslandırılmayıb və son dərəcə yüksəkdir, biz onun azaldılmasına, özü də əhəmiyyətli dərəcədə aşağı salınmasına nail olacağıq”.

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyində Azərbaycanın tələblərini şəraitlə izah ediblər. "Razılaşmanın i müddətinin bitməsi - onun şərtlərini təkrar gözdən keçirmək üçün əlverişli andır" - xarici siyasət şöbəsindən mənbə bildirib. Lakin Bakı Xəzər dənizinin statusu ilə bağlı Moskvanın indiyə qədər müəyyən etmədiyi mövqeyə görə qisas almaq üçün güzəştə getməkdən imtina edə biləcəyi iddia edilir.

Əvvəllər RF Müdafiə Nazirliyi Qəbələ RLS-in icarə müddətinin 2025-ci ilə qədər uzadılması üzrə Azərbaycanla danışıqların aparıldığı barədə məlumat verib. Qəbələ RLS-in icarə və istifadə şərtləri haqqında sazişin müddəti 2012-ci il dekabrın 24-də başa çatır.
2011-ci ilin noyabrından isə Azərbaycan tərəfi icarə haqqının 15 milyon dollar olmasını istəyib.

Səidə