Azərbaycan qızıl hasilatından 180 milyon əldə edib

azerbaycan-qizil-hasilatindan-180-milyon-elde-edib
Oxunma sayı: 1488

Çovdar Filiz Emalı sahəsində istehsal nəticəsində 2017-ci ilin aprelindən indiyədək “AzerGold” QSC tərəfindən 81 min 100 unsiya qızılın, 120 min 500 unsiya gümüşün satışı nəticəsində 180 milyon manatdan çox gəlir əldə edilib.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, hazırda Daşkəsəndə Çovdar filiz emalı sahəsində aktiv hasilat işləri aparılır.

Çovdar yatağının yeraltı sulfid fazasında isə istehsalata hazırlıq işləri görülür. İlkin nəticələrə görə, ən azı 6 il ərzində buradan 400 milyon manatdan çox gəlir əldə etmək mümkün olacaq.

Naxçıvan Muxtar Respublikası və Göygöl rayonundakı perspektivli qızıl yataqlarında da tədqiqat işləri aparılır. Ölkənin əlvan metal hasilatına dair yol xəritəsi sənədinin hazırlanmasına da başlanılıb.