Azərbaycan rəsmiləri Almaniyada səfərdə olub

azerbaycan-resmileri-almaniyada-seferde-olub
Oxunma sayı: 789

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada səfərdə olub.

Komitənin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Almaniya Federal Statistika İdarəsinin prezidentinin dəvəti ilə baş tutan səfərin əsas məqsədi “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsi çərçivəsində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Almaniya Federal Statistika İdarəsi arasında əməkdaşlığın mövcud vəziyyətinin qiymətləndirilməsi, gələcək inkişaf perspektivlərinin və layihə çərçivəsində əldə edilmiş nəticələrin müzakirə edilməsi olub.

Səfər zamanı T. Budaqov Almaniya Federal Statistika İdarəsinin yeni prezidenti Dr. Georq Tiel ilə görüşüb. Müzakirələr zamanı iki ölkənin statistika qurumları arasında mövcud əlaqələrdən də söhbət açılıb. Qeyd edilib ki, iki ölkənin müvafiq qurumları - Dövlətstatkom ilə Destatis arasında əməkdaşlıq əlaqələri Avropa İttifaqının Tvinninq və TAİEX layihələri çərçivəsində də uğurla davam etdirilir. 

Səfər çərçivəsində DSK nümayəndələrinin Almaniyanın İqtisadiyyat və Energetika Nazirliyinin rəsmiləri ilə də görüşü keçirilib. Görüşdə Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi, mədəni və bir sıra digər sahələrdə olan mövcud əlaqələrdən danışılıb. 

Səfər zamanı Destatis Məlumat Mərkəzi, Visbaden və Berlin şəhərlərində yerləşən statistika idarələrinin fəaliyyətləri ilə tanışlıq da olub.