Azərbaycan reytinqdə irəliləmədi - Bolqarıstan bizə yaxınlaşdı

azerbaycan-reytinqde-irelilemedi
Oxunma sayı: 635

Dünən UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib. “Qafqazinfo” xəbərverir ki, qeydə alnan nəticələrdən sonra bəzi ölkələrin klub reytinq sıralamasında dəyişikliklər qeydə alınıb.

İlk olaraq Azərbaycanın mövqeyindən başlayaq. Ölkəmiz yenə də əvvəl olduğu kimi 22-ci pillədə qərarlaşıb. 23-cü yerdə olan Belarus təmsilçisi BATE bərabərliyə qaldığından aradakı fərq azalıb.

Əvəzində bizi izləyənlərdən Bolqarıstan “Ludoqorets”in qələbəsi sayəsində 1 pillə irəliləyərək  İsveçi qabaqlayaraq 24-cü yerə qalxıb. Hazırda Azərbaycanın və ona yaxın mövqelərin reytinq cədvəlində vəziyyət bu cürdü:0. Kipr – 18.925

21. Rumıniya – 18.650
22. Azərbaycan– 17.625
23. Belarus – 17.375
24. Bolqarıstan – 17.250
25. İsveç – 17.225

Qeyd edək ki, cari mövsüm qazanılan 2.875 xalın 1.125-ini “Qarabağ”, 0.750-ni “İnter”, 0.625-ni “Zirə” və 0.375-ni isə “Qəbələ” qazanıb.
Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.