Azərbaycan Rusiya ilə üz-üzə gəlir

azerbaycan-rusiya-ile-uz-uze-gelir
Oxunma sayı: 635

Azerisport.az xəbər verir ki, bu il Tailandda keçiriləcək mundiala vəsiqə qazanmağa iddialılar arasında olan Azərbaycan yığması da ilk oyununa bu gün çıxır.

Joze Alesio da Silvanın rəhbərlik etdiyi yığmamız Rusiya ilə mübarizə aparır. Evdə və səfərdə keçiriləcək iki oyunun nəticəsinə görə daha üstün olan komanda DÇ-yə vəsiqəyə sahib çıxacaq. Bu üzdən də Azərbaycan yığması doğma meydan amilindən yararlanıb, güclü Rusiya ilə görüşdə mütləq fərqli hesabla qalib gəlməyə çalışmalıdı. Əks halda cavab görüşündə işimiz daha da çətin olacaq. Çünki cavab matçının Tümendə keçirilməsi rusların işinə daha çox yarayır. Həmin görüşün aprelin 9-da baş tutacağını da qeyd edək.

Futzal
DÇ-2012-nin pley-off mərhələsi (ilk oyun)

21:00. AZƏRBAYCAN – RUSİYA
Hakimlər: Borut Şiviç, Deyan Nikoliç (hər ikisi Sloveniya).
Bakı. “Sərhədçi” Olimpiya İdman Mərkəzi.