Azərbaycan - Rusiya İşgüzar Görüşü keçirilib

azerbaycan-rusiya-isguzar-gorusu-kecirilib
Oxunma sayı: 634

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə Azərbaycan tərəfindən dövlət rəsmiləri ilə yanaşı, maşınqayırma, səhiyyə, tikinti, sənaye, maliyyə, logistika və digər sahələrdə fəaliyyət göstərən 40-dan çox şirkətin nümayəndəsi iştirak edib. Rusiya tərəfi isə rəsmi şəxslərlə yanaşı, analoji sahələrdə fəaliyyət göstərən iş adamları ilə təmsil olunub.
Tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkəmizin qazandığı sosial-iqtisadi nailiyyətlər barədə məlumat verib. Nazir müavini Azərbaycan Respublikası və Rusiya Federasiyası Kurqan Vilayəti arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları barədə məlumat verib, əlaqələrin inkişafında biznes forumların, işgüzar görüşlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.

Rusiya Federasiyası Kurqan Vilayətinin Qubernatorunun müavini Vasili Jarov çıxış edərək Kurqan vilayətinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, Rusiya Federasiyası Kurqan vilayətinin investisiya potensialı barədə məlumat verib, əməkdaşlıq üçün prioritet sahələri iştirakçıların diqqətinə çatdırıb.

AZPROMO-nun prezidenti Adil Məmmədov Azərbaycanın biznes və investisiya mühiti ilə bağlı təqdimatla çıxış edərək ölkəmizdə yaradılmış əlverişli investisiya mühiti, həmçinin iş adamları arasında əməkdaşlığın perspektiv sahələri barədə məlumat verib.
Sonra Rusiya şirkətləri təmsil etdikləri şirkətlərin fəaliyyəti və bu sahələrdə yeni texnologiyalara dair təqdimatlarla çıxış ediblər.
Tədbir ikitərəfli görüşlərlə davam edib. Görüşlərdə iş adamları arasında iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Nigar Məmmədli