Azərbaycan-Rusiya sərhədində atışma

azerbaycan-rusiya-serhedinde-atisma
Oxunma sayı: 634

APA-nın İnterfax agentliyinə istinadən verdiyi xəbərə görə, Dağıstan DİN-i bildirib ki, hadisə Azərbaycan-Rusiya “Tahirkənd-Kazmalyar” sərhəd keçid məntəqəsinin yaxınlığında baş verib. Bir nəfər odlu silahdan açılan atəş nəticəsində yerindəcə ölüb, digəri xəstəxanada dünyasını dəyişib. İki nəfər yaralanıb. Hadisə yerində əməliyyatçılar və müstəntiqlər işləyir.