Azərbaycan-Rusiya sərhədində böyük növbə yaranıb

azerbaycan-rusiya-serhedinde-boyuk-novbe-yaranib
Oxunma sayı: 644

Salamnews-un bölgə müxbiri xəbər verir ki, Samur gömrük keçid məntəqəsinin girəcəyində Rusiyaya keçmək üçün növbə gözləyən 500-dən çox avtomobil sıraya düzülüb. Sərhəd keçid məntəqəsində yaranmış böyük izdiham buradakı insanların narazılığına səbəb olub.

Sərhədi keçmək istəyən sürücülərin sözlərinə görə, yaranmış problem Rusiya tərəfi ilə əlaqədardır. Onların qonşu ölkəyə buraxılmamalarının səbəbi Dağıstan Respublikasının Məhərrəmkənd rayonunun gömrük keçid məntəqəsində Azərbaycandan gələn avtobusların qəbul edilməməsidir.

Samur keçid məntəqəsindən bildirilib ki, Azərbaycan tərəfində heç bir problem yoxdur. Növbələr Rusiya tərəfində Dağıstanın Samurla həmsərhəd olan Məhərrəmkənd keçid məntəqəsində yoxlama komissiyasının olması ilə əlaqələndirilir.