Azərbaycan Rusiya şirkətinə qadağa qoya bilər

azerbaycan-rusiya-sirketine-qadaga-qoya-biler
Oxunma sayı: 1368


Söhbət  “Zolotaya Korona” pulköçürmə sistemindən gedir.  Bu sistem Azərbaycan Mərkəzi Bankının tələblərinə məhəl qoymayaraq işğal olunmuş Dağlıq Qarabağ ərazilərində əməliyyatlar həyata keçirir. Bu barədə Space televiziyasına bir tamaşaçı məlumat verib. Onun təqdim etdiyi sənədlərdə Ermənistan ərazisi kimi göstərilən Xankəndinə pulköçürmə əməliyyatları öz əksini tapıb. Azərbaycan hökumətinin birmənalı mövqeyi isə belədir ki,  ölkəmizlə əməkdaşlıq etmək istəyən şəxslər və şirkətlər işğal altındakı Dağlıq Qarabağ ərazilərində hər hansı fəaliyyət həyata keçirməməlidir.  Bu tələbə məhəl qoymayanlar Azərbaycan üçün arzuolunmaz şəxs elan olunurlar.  

Artıq məsələ Xarici İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb və müvafiq  diplomatik nümayəndəliklər araşdırmalara başlayıb. Space TV-nin suallarını cavablandıran Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev araşdırmaların nəticələrinə uyğun olaraq  şirkətlə bağlı ölçü götürüləcəyini, bu şirkətin işağal altındakı ərazilərimizdə fəaliyyəti təsdiq olunacağı təqdirdə onların Azərbaycanda  fəaliyyətinin məhdudlaşdırılacağını söyləyib.